Nazir müavini:"Azərbaycanda 9 ayda doğuş zamanı 18 ana ölüb"
"Səhiyə Nazirliyi Bərdədə baş verən ana ölümləri ilə bağlı araşdırma aparır". APA TV-nin xəbərinə görə, səhiyyə nazirinin müavini ELsəvər Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda ana ölümlərinin sayı ildən ilə azalır: "Dünən bizə məlumat çatdı. Nazirlikdə komissiya yaradıldı. Hər bir ana ölümü Səhiyyə Nazirliyini, ictimaiyyəti narahat edən məsələdir. İl-ildən ana ölümünün sayı azalır. Ötən il 25 olub, bu ilin 9 ayında isə 18 ana ölümü qeydə alınıb".
Nazir müavini əhaiyə tövsiyə edib ki, həkimə vaxtında müraciət etsinlər. Elsəvər Ağayev həmçinin əlavə edib ki, ana ölümündə günahkar bilinən şəxslər cəzalandırılır: "Söz yox ki, bu işdə günahkarlar cəzalandırılır. Ancaq biz həmişə əhaliyə deyirik ki, həkimə vaxtında müraciət etsin. Xüsusən, gələcək analar. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub. Ana ölümü qeyd alınmayan ölkə yoxdur. Amma çalışmalıyıq ki, biz rəqəmləri azaldaq".