Bakıda özəl klinikanın müdir müavini özünü iş otağında asıb - TƏFƏRRÜAT
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Qara Qarayev küçəsi 69 ünvanında yerləşən “Xəzər” klinikasında qeydə alınıb.
Həmin klinikada təsərrüfat işləri üzrə müdir müavini işləyən Nəbiolla Heydərli iş otağında özünü asaraq intihar edib.
Mərhumun özünü asmasının ilkin səbəbləri məlum olub. Şahidlərin bildirdiyinə görə, Nəbiolla Heydərlinin ailəsində problemlər olub. Bu barədə mərhum ölümündən əvvəl iş yoldaşlarına, yaxınlarına deyib. Klinikanın baş həkimi İlqar Yusubov isə APA TV-yə bildirib ki, Heydərlinin iş otağında özünü asmasının klinika ilə heç bir bağlılığı yoxdur. Sitat: Xəbər tutan kimi dərhal polisə və hüquq mühafizə orqanlarına məlumat verdik. Baş həkim mərhumun ailəsindəki problemdən xəbərsiz olduğunu, lakin mərhumun son günlər narahat göründüyünü bildirib.