Sağlam olmaq istəyənlər üçün SƏRGİ
Bakıya müasir tibbi texnologiyalar və yeni məhsullar gətirilib. 17 ölkədən 147 şirkətin qatıldığı Beynəlxalq Səhiyyə Sərgisində stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak malları, tibbi texnika nümayiş olunur.
APA TV-nin xəbərinə görə, 20-ci ildir, keçirilən sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və başqa ölkələrdən şirkətlər təmsil olunur. Sərginin keçirildiyi illər ərzində bu beynəlxalq tədbirdə dünyanın 45 ölkəsindən 2 mindən çox şirkət iştirak edib, çoxsaylı müqavilə imzalanıb, müştərək müəssisələr yaradılıb.
Sərgi iştirakçılarının bəziləri bu aparatıardan istifadə edərək, istirahət edirdilər.
Bu sərgiyə paralel olaraq daha iki sərgi - IX Azərbaycan Beynəlxalq stomatologiya və VIII Beynəlxalq gözəllik və estetik təbabət sərgiləri təşkil olunub. İştirakçıları əsasən, həkimlər olan sərgidə nümayiş olunan müasir aparatlar qonaqların marağına səbəb olub.
Sərgidə nümayiş olunan tibbi avadanlıqlar müasir texnologiyalar əsasında hazırlanıb.
Beynəlxalq "Gözəllik və Estetik Tibb" sərgisində isə gözəllik salonları, fitnes klublar nümayiş olunacaq. Ziyarətçilərə ustad dərsləri göstəriləcək, habelə saçların modelləşdirilməsi, manikur, dəriyə qulluq prosedurları təqdim ediləcək. Sonda isə qonaqlara saç sənayesinin peşəkarları tərəfindən yaradılan 13 gəlin geyimi, 13 saç düzümü və 13 müxtəlif aksessuar göstəriləcək.