İŞİD Avropa və Amerikada terror aktları planlaşdırır
İraq hökuməti Avropa və Amerikanı qorxuya salan xəbərdarlıqla çıxış edib. Rəsmi Bağdad bəyan edib ki, "İraq Şam İslam Dövləti" (İŞİD) Paris metrosunda və ABŞ-ın ayrı-ayrı şəhərlərində terror aktları planlaşdırır.
APA TV-nin xəbərinə görə, Vaşinqtondan bildirilib ki, bu bəyanatın tutarlı təsdiqi hələlik yoxdur. Parisdə isə ictimai yerlərdə və nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib. Bu, daha çox Əlcəzairdə girov götürülmüş Fransa vətəndaşının edamı və İŞİD-in ona qarşı əməliyyat keçirən koalisiya ölkələrinə hədəsi ilə bağlı olsa da, İraq hökumətinin bəyanatı da rəsmi Parisi daha ehtiyatlı davranmağa vadar edib.
Fransa prezidenti Fransua Ollandın sədrliyi ilə Müdafiə Şurasının iclası keçirilib. Toplantının yekun kommünikesində deyilir ki, Fransa vətəndaşının edamı cəzasıəz qalmayacaq.
Bundan başqa, terrorçuluqla, o cümlədən, Suriya və İraqdan Fransaya qayıdan cihadçılarla mübarizə ilə bağlı qanun layihəsi də hazırlanır.