İŞİD-in cəlladı tapıldı
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) iki Amerika vətəndaşının başını kəsən “İraq Şam İslam Dövləti” qruplaşması üzvünün şəxsiyyəti müəyyən edilib. APA TV-nin xəbərinə görə, bunu FTB-nin rəhbəri Ceyms Korni bildirib.
Ceyms Korni qatilin adını və hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb.
Xatırladaq ki, avqustun 24-də Britaniya xüsusi xidmət orqanlarının terrorçunun kimliyini müəyyən etməsi barədə məlumat yayılmışdı. Həmin məlumata görə, bu, ötən ilə kimi Londonda yaşamış 23 yaşlı Abdel-Mahid Abdel Baridir. Edamdan az öncə o, Twitter-də əlində kəsilmiş insan başı tutan fotosunu yerləşdirmişdi.
Avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videogörüntü yayılıb. Sentyabrın 2-də isə ikinci Amerika vətəndaşı - Stiven Sotloffun edam videosu yayıldı.