Xınalıq yolunun genişləndirilməsi məqsədilə yol partladılıb

Quba rayonunda, Xınalıq yolunun genişləndirilməsi məqsədilə yol partladılıb. APA TV-nin xəbərinə görə, hadisə yolun 54-cu km-də qeydə alınıb.

 

Quba 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Soltanovun verdiyi məlumata görə, maqisrtalın daralmaya məruz qalmış hissəsində gediş-gəlişin tam bərpa edilməsi məqsədi ilə ərazidə partlayış həyata keçirilib. Texnika vasitəsi ilə yolun genişləndilirməsi mümkün olmayıb. Buna görə də mütəxəssislər iri qaya parçalarının partladılma yolu ilə ərazidən götürülməsini tövsiyə edib.

 

Bu məqsədlə "Azəryolservis" ASC-nin xüsusi briqadası ərzində hazırlıq işləri görüb. Daha sonra yol hər iki istiqamətdən hərəkət üçün bağlanıb, xüsusi çalalarda yerləşdirilmiş partlayıcılar işə salınaraq iqi qayalar parçalanıb. Hazırda yolda təmir işləri davam etdirilir.

 

Qeyd edək ki, yaxın günlərdə Quba-Xınalıq yolunun daha 7 nöqtəsində partlayış işlərinin aparılması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Vəli Turan