Kürdəmirdə küləkli hava yanğına səbəb olub, bir ailə evsiz qalıb

Kürdəmir rayonunda əsən güclü külək fərdi yaşayış evinin tamamilə yanaraq külə dönməsinə səbəb olub yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da, ev yanaraq külə dönüb. Yanğın  rayonun Atakişili kəndində qeydə alınıb. Kənd sakini İbrahimxəlil Ağayevə məxsus  evdə baş verən yanğın küləkli hava səbəbindən qısa müddətdə genişlənərək evin hər tərəfini əhatə edib. Qonşular evdə olan əşyaları çıxarmağa  cəhd etsələr də, alov buna imkan verməyib. Nəticədə umumi sahəsi 80 kvadratmetr olan ev tamamilə yanaraq  yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahibinin mənzildə olmadığı bildirilir.

 

Ev sahibi Xalidə Ağayeva deyib ki, evdən heç nə çıxara bilməyiblər.

 

Hadisə yerinə Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi  cəlb edilib. Yanğının yayılmasının qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov