Bakının Nizami və Nərimanov rayonlarında avtoqəzalar baş verib

Ötən gecə Bakının Nizami və Nərimanov rayonlarında yol-nəqliyyat hadisələri baş verib. APA TV-nin məlumatına görə, qəzalardan biri Babək prospektində qeydə alınıb. Prospektlə şəhər mərkəzi istiqamətində hərəkətdə olan və Rasim Zamanəliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Məmmədov Şirxan Bahadur oğluna məxsus "Mercedes" markalı maşına arxadan çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Daha bir qəza isə Atatürk prospektində baş verib. Bu dəfə iki "Mercedes" toqquşub. "Mercedes"lərdən biri əsas yolu gözləmədən prospektə çıxıb, digər "Mercedes" isə onu vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv