Daha iki İŞİD lideri öldürüldü
İŞİD terror təşkilatının iki lideri öldürülüb. ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində öldürülənlər terrorçular İŞİD-in Kərkük valisi Nime Nayıf və Kərkükün hərbi lideri Abu Abiddir.
Bu barədə Havice Polis İdarəsinin rəsmisi Kazım Muhammed Anadolu Agentliyinin müxbirinə açıqlamasında deyib. Məlumata görə, Suriyanın Rakka şəhəri ilə Mosuldan gələn İŞİD heyətinin Kərkükün 15 kilometr cənubunda yerləşən Bəşir kəndində görüşü keçirilən vaxt həmin əraziyə ABŞ hərbi təyyarələri hücum təşkil edib. Nime Nayıf və Abu Abid həmin hücum nəticəsində öldürülüb.