Qəbələdə iki uşaq atası özünü asıb
Qəbələ rayonunda intihar hadisəsi baş verib. Qəbələ rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə sentyabrın 25-də Qəbələ şəhərində qeydə alınıb. Nizami küçəsi,ev 5 ünvanında yaşayan 32 yaşlı Rəşad Cavanşir oğlu Mahmudov evinin qarajından asılı vəziyyətdə tapılıb. Məlumata görə, Rəşad Mahmudov ailəlidir, iki övladı var. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.