FHN-nin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Ağdamda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Ağdamda tədbir keçirib. APA TV-nin xəbərinə görə, "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və idarələrinin idarə edilməsinin təşkili" mövzusunda keçirilən mərasimdə rayonun müvafiq  idarə və təşkilatlarının kollektivləri iştirak edib. Şəxsi heyətə fövqəladə vəziyyətlərdə necə davranmaları haqda təlimatlar verilib, tövsiyələr edilib.

 

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsləri də iştirak edib. Analoji tədbirlər cəbhə bölgəsində yerləşən digər rayonlarda da həyata keçiriləcək.

Müəllif | Apa.Tv