Əbülfəs Qarayev: “İki turizm obyektinin lisenziyası dayandırılıb"

“İki turizm obyektinin lisenziyası dayandırılıb, iki müəssisə haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib".

 

APA TV-nin xəbərin görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, öncədən atılan addımlar nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqaladə və ya narahatlıq törədən hadisə baş verməyib. Keçirilən monitorinqlərlə keyfiyyətin artırılmasına nail olunub: "Qətiyyətli addımlar ataraq, lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz söszüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik".

 

Nazir qeyd edib ki, bu il turizim sektorunda qiymətlərdə ciddi artım olmayıb. Azərbaycanda turistlərin yüksək səviyyədə istirahət etmək üçün xüsusi mərkəzlərin - klasterlərin formalaşdırılmasının vacibliyindən danışan nazir bildirib ki, klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada istifadəyə verilib. Hazırda Şəmkir-Göygöl bölgəsində də klasterin formalaşdırılmasına böyük maraq göstərilir. Bundan sonra cənub bölgəsində də klaster formalaşdırılacaq.

 

Qeyd edək ki, bu gün Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfrans keçirilib.

 

 

Müəllif | Apa.Tv