FHN-nin Bakı Regional Mərkəzinin maarifləndirmə tədbirlərinə 15 min tələbə və məktəbli qatılıb
"Fövqəladə hallardan qorunmaq məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər" mövzusunda dəyirmi masa keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində "Fövqəladə hallardan qorunmaq məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər" mövzusunda dəyirmi masa keçirilib.
APA TV-nin məlumatına görə, Bakı Regional Mərkəzin rəis müavini Tale Şamçıyev bildirib ki, mərkəz paytaxtın ali təhsil ocaqlarında " Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində " adlı silsilə təlimlər, "Fövqaladə hallarda özünü necə aparmalı" mövzusunda orta və ümumtəhsil . məktəbəqədər və səhiyyə müəssisələrində mütamadi olaraq maarifləndirmə tədbirləri keçirir. Tədbirlər zamanı 15 minə yaxın tələbə və məktəbli iştirak edib.
Tədbirdə interaktiv müzakirələr aparılıb, insan hüquqlarının müdafiəsinə həsr olunmuş videomateriallar təqdim edilib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevanın insan hüquqlarının müdafiəsi mövzusunda çıxışı dinlənilib.