ABŞ səhvən İraq əsgərlərini bombaladı: 70 ölü

ABŞ hərbi təyyarələri İŞİD mövqeləri əvəzinə səhvən İraq əsgərlərini vurub. APA TV-nin məlumatına görə, ABŞ-ın hücumu nəticəsində İraq 70 əsgərini itirib.

 

ABŞ-ın hərbi təyyarələri İraqın keçmiş diktatoru Səddam Hüseynin kəndi Tikrit yaxınlığındakı El Avja kəndinə də havadan hücum edib.

 

Bölgədə İraq əsgərləri ilə İŞİD qüvvələri arasında atışma davam edir.  İraq əsgərləri tərəfindən sosial şəbəkədə yayılan görüntülər bölgədəki vəziyyəti gözlər önünə sərir.

Müəllif | Apa.Tv