"Ebola" virusundan ölənlərin sayı 3091-ə çatdı

"Ebola" virusundan ölənlərin sayı 3091-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 6 574 nəfər təşkil edir.

 

APA TV-nin məlumatına  görə,  Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən ən acınacaqlı vəziyyət, əvvəlki kimi, Liberiyadadır.

 

Bu ölkədə ölənlərin sayı  Sierra-Leone və Qvineyadan üç dəfə çoxdur.

 

Bundan əvvəl "Ebola" virusundan müdafiə üçün eksperimental vaksininin 2015 ilin əvvəlində hazır olacağı bildirilib.

 

Müəllif | Apa.Tv