Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırdı

İrana qarşı tətbiq edilən sanksiyalar heç bir nəticə vermir, onlar aradan qaldırılmalıdır. APA TV-nin məlumatına görə, bunu İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Sanksiyalar heç vaxt əməli alət olmayıb. İstənilən razılaşma onların ləğvini nəzərdə tutmalıdır”, deyə Ruhani bildirib. Onun sözlərinə görə, sanksiyalar Tehranı nüvə proqramından əl çəkməyə məcbur edə bilməz.

 

İranın nüvə problemi ilə əlaqədar “altılıq” ölkələri ilə dialoqa toxunan Ruhani bildirib ki, danışıqlarda cüzi irəliləyiş olub. O vurğulayıb ki, prosesi sürətləndirmək lazımdır, vaxt isə çox azdır.

Müəllif | Apa.Tv