Məşhur müğənni Kənan Doğulu Bakıdadır
Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu konsert proqramı ilə çıxış etmək üçün bu gün səhər saatlarında Bakıya gəlib. APA TV-nin xəbərinə görə, müğənni konsertdən öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Bakını evim kimi görürəm, buranı çox sevirəm.“Crystal Hall” dünyaca məşhur saraydır. Konsert möhtəşəm olacaq. Ən çoxda gənclər əylənəcək. Natəvan Həbibi və Miri Yusifin mənimlə birgə çıxış edəcəyini öncədən bilirdim. Mahnılarını dinləmişəm”.
Kenan Doğulu bugünkü konsertində yeni mahnısının da təqdimatını edəcəyini bildirib: "Bu gün men yeni bir mahnımı da təqdim edəcəyəm. Bu mahnıya yaxın günlərdə klip çəkilməsi gözlənilir. "Böyük yürürüm" adlanan yeni mahnını bu gün Bakının şərəfinə səsləndirəcəm".
Mətbuat konfranında Kənanla eyni səhnəni paylaşanNatəvan Həbibi və Miri Yusif də iştirak edib. Natəvan Həbibi konsertdə suprizlərin olduğunu qeyd edib: “Bu gün çox maraqlı keçəcək. Hədiyyələr və suprizlər olacaq. Solo-konsertimdən sonra proqramımı dəyişdim. Eyni şeylərin olmasını istəmirəm”.
Qeyd edək ki, Kənan Doğulu 2 saat boyunca “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.