Müsavat Partiyasının VIII qurultayı keçirilir

Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının VIII qurultayı keçirilir.

 

APA TV-nin məlumatına görə, qurultayın gündəliyinə partiya başqanlığı, Mərkəzi Nəzarət və Təftiş Komissiyası (MNTK) və sərbəst Məclis üzvlüyünə seçkilərin keçirilməsi, Nizamnaməyə və partiyanın Proqramına dəyişiklik edilməsi daxildir.

 

Müsavat başqanı İsa Qəmbər çıxış edərək bildirib ki, qurultaya 587 nümayəndə seçilib və onların 420-dən çoxu qeydiyyatdan keçib.

 

Müsavat başqanlığına 4 nəfərin, MNTK-ya 30 nəfərin, sərbəst Məclis üzvlüyünə 143 namizədliyi qeydə alınıb.

 

Müsavat başqanlığına namizədlər Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy çıxış ediblər. Daha sonra Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb. O, öz tərəfdarlarını Q.İbadoğluna səs verməyə çağırıb.

 

Çıxışlardan sonra səsvermə keçiriləcək.

Müəllif | Apa.Tv