Kürdəmirdə “Ford” yük maşını ilə toqquşdu: 2 ölü, 1 yaralı

Kürdəmirdə ağır yol qəzası baş verib, iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir rayonunun Çöl Ərəb kəndində qeydə alınıb. “Mercedes” markalı yük maşını ilə “Ford” markalı avtomobil toqquşub. Nəticədə "Mercedes" markalı maşında sıxılmış vəziyyətdə qalmış sürücü FHN-nin Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili tibbi yardım stansiyasının maşını ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

 

"Ford"un sürücüsü, 28 yaşlı Babayev Ceyhun Bəybala oğlu və onun sərnişini, 28 yaşlı İmaməliyev Ceyhun Qədir oğlu isə aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov