Bərdədə maşın ağaca çırpılıb, sürücü ölüb

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayonunun Şahvəlilər kəndindən keçən hissəsində qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Hüseynov Vəliyəddin Səmiyəddin oğlu idarə etdiyi "Mercedes" markalı minik maşınını ağaca çırpıb. Sürücü hadisə yerində keçinib.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv