Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn edilib
Sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu doğulduğu Hacıqabul rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. APA TV-nin xəbərinə görə, dəfn mərasimində Azərbaycan Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, zabitin qulluq etdiyi hərbi hssənin komandir və əsgər heyəti, Hacıqabul və Xocəvənd rayonlarının icra başçıları, ictimayyət nümayəndələri və yaxınları iştirak ediblər. Şəhidin dəfn mərasimi fəxri qarovulun müşayəti ilə və yaylım atəşləri altında həyata keçirilib.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani mərasimdə bunları deyib: "Öz arzusu ilə atasının intiqamını, qisasını almaq üçün cəbhə bölgəsinə yollanıb. Sentyabrın 27-də düşmən atəşinin qarşısını alarkən şəhid olub".
1991-ci ildə Hacıqabul rayonunda anadan olan leytenant Allahverdi Baxışlı ailədə iki bacının bir qardaşı olub.
Qeyd edək ki, zabit Allahverdi Baxışlının atası Müzəffər Həşimov 1994-cü ildə Ağdamda gedən döyüşlər zamanı şəhid olub. Onun adı əbədiləşdirilərək yaşadığı küçəyə onun adı verilib.