Masallıda “Range Rover" “Ford”a çırpıldı: 7 yaralı

Masallı rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 153-cü kilometrliyində, yolun rayonun Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Boradigah qəsəbə sakini,  33 yaşlı  Rüstəm Güləddin oğlu Abbasovun idarə etdiyi “Range Rover “ markalı avtomobil İmişli rayon sakini, 34 yaşlı Vüsal Mirzağa öğlu Fətullayevin idarə etdiyi “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Ford”un sürücüsü ilə birlikdə sərnişinləri - Bakının Sabunçu rayon sakinləri 32 yaşlı Xəyalə Mirverdi qızı Quliyeva, onun 7 yaşlı oğlu Emil Tapdıq oğlu Baxşıyev, 38 yaşlı Fövqiyyə Qafar qızı Mütəllibova, 35 yaşlı İlkin Fərhad oğlu Mirzəyev, 45 yaşlı Qılman Ayaz oğlu Səfərov və “Range Rover”in sərnişini, rayonun Mollaoba kənd sakini, 27 yaşlı Racid Firdovsi oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv