Bakıda maşınla vurulan qadın ölüb, qızı isə ağır yarlanıb
Bakıda ana və qızını maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elşən Rüstəmov idarə etdiyi «Nissan» markalı avtomobillə 1961-ci il təvəllüdlü Çimnaz Ələkbərovanı və qızı, 1989-cu il təvəllüdlü Arzu Tahirini vurub. Nəticədə Ç.Ələkbərova hadisə yerində ölüb, A.Tahiri isə xəstəxanada yardım alaraq evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.