Bakıda 15 yaşlı qız özünü binadan ataraq intihar edib

Bakıda intihar hadisəsi baş verib. Hadisə bu gün səhərə yaxın qeydə alınıb. APA TV-nin məlumatına görə, saat 05.00 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 37, mənzil 30 ünvanında yaşayan Hacıyeva Qəmər Gülağa qızı özünü 6-cı mərtəbədən atıb. Məktəbli qız aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Mərhumun son zamanlarda gənclərin maraq göstərdiyi bir qrupun üzvü olduğu bildirilir.

 

15 yaşlı qızın hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv