Bakıda və bölgələrdə yağışlı hava şəraiti davam edəcək
Sentyabrın 30-da Bakıda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, günün ikinci yarsında havanın dəyişkən buldulu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Güclü şimal qərb küləyi gündüz tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə arabir leysan xarakterli yağış yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.