Sumqayıtda 9 avtomobil qaçıran 18 yaşlı tələbə yaxalanıb
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları avtomobil qaçırmaqda təqsirləndirilən 18 yaşlı oğlanı saxlayıblar. APA TV-nin məlumatına görə, Kimya-Texnologiya Kollecinin 4 -cü kurs tələbəsi Orxan Vəliyev 9 avtomobil oğurlamaqda şübhəli bilinir.
Orxan Vəliyev bu işə 5 ay öncə başladığını deyib: "9 maşın olub, sürmüşəm, ayrı-ayrı yerlərdə qoymuşam".
Sonuncu maşını oğurlamazdan əvvəl Orxan Vəliyev polisin onun izinə düşdüyünü öyrənib. Bu səbəbdən bir müddət gizlənib və Sumqayıta getməyib. Sonra gizlənmək fikrindən daşınıb və qrup yoldaşı Çingiz Əlizadənin "VAZ 2107" markalı avtomobili qaçırıb. ONun maşını oğurlamaqda talama məqsədi olmayıb. Polis yaxalayan zaman bölmədə törətdiyi bütün oğurluqları etiraf edib: "Xəbəri olmayıb mənim götürməyimdən, polisə şikayət edib. "Şərq bazarı"nın yanında məni tutdular".
Faktla bağlı talama məqsədi olmadan avtomobil qaçırma maddəsi ilə cinayət işi başlanıb.
Onun digər cinayətlərdə iştrak edib etmədiyi dəqiqləşdirilir.