Ağstafa sakini qonşusunu güllələyib
Ağstafada iki nəfər arasında baş verən mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonunun Dağkəsəmən kəndində baş verib.
Əkin sahəsində qonşu olan Dağkəsəmən kənd sakini, 55 yaşlı Elşən Poladovla Ağstafa şəhər sakini, 35 yaşlı Elçin Quliyev arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Yerə yıxılan Elçin Quliyevin kürəyində olan tüfəng yerə dəyərək açılıb və Elşən Poladovun qoltuqaltı nahiyəsinə dəyib.
E.Poladov xəstəxanaya yerləşdirilib. Ağstafa Mərkəzi Rayon Xəstəxanasından Elşən Poladovun vəziyyətinin normal olduğunu, onun sağ sayıdın bayır səthinin didilmiş-cırılmış güllə yarası aldığını bildiriblər.
Ağstafa Rayon Polis şöbəsində faktla bağlı araşdırma aparılır.