Şirvanda gənc oğlandan külli miqdarda narkotik götürülüb

Şirvan ŞPİ-nin əməkdaşları külli miqdarda narkotik vasitə müsadirə ediblər. Keçirilən əməliyyat nəticəsində narkotik alverçisi tutulub. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şəmkir rayonu Dağ daşbulaqlı kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Dağıstan Seyfəli oğlu narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən saxlanılıb.  Onun üzərindəki bağlamaya baxış keçirilərkən 4,2 kiloqram yüksək keyfiyyətli qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı Şirvan RPŞ-də cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı