Tovuzda 20 yaşlı oğlan bıçaqlandı

Tovuzda bıçaqlanma olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini, 20 yaşlı Əflatun Bayramovla həmkəndlisi, 20 yaşlı Emin Abdıyev arasında mübahisə yaranıb. Nəticədə Əflatun Bayramov Emin Abdıyevi bıçaqlayıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 20 yaşlı oğlanın həyatını xilas etmək mümkün olub. Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Azər Məmmədli