Hərbi helikopterlərimiz döyüş uçuşları keçirdi

Azərbaycan-Türkiyə birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçirib.

 

APA TV-nin məlumatına görə, öncə pilotlar müxtəlif manevrlər yerinə yetiriblər. Daha sonra onlar şərti döyüş tapşırıqlarını icra ediblər. Aşkarlanan hədəflər bir-bir məhv edilib.

 

Təlimin sonuncu mərhələsində quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra edilib.

 

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Müəllif | Apa.Tv