Netanyahu: "İran İŞİD-dən də təhlükəlidir"
“Dünyaya təhlükə yaratdığına görə İranın nüvə potensialı məhv edilməlidir”.
APA TV-nin məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib. Onun sözlərinə görə, nüvə silahına malik İran “İslam dövləti” qruplaşmasından daha təhlükəlidir. "İslam Dövləti hökmən devrilməlidir. Lakin onlara qarşı qalib gələrək İranı nüvə ölkəsinə yaxınlaşdırmaq döyüşdə qələbə, müharibədə isə məğlubiyyət deməkdir” - deyə Netanyahu bildirib.
Üstəlik, Netanyahu beynəlxalq aləmi İrana qarşı sanksiyaları aradan götürməməyə çağırıb. Onun sözlərinə görə, bu cür maneələrin aradan qaldırılması dərhal Tehrana nüvə silahını əldə etməyə imkan verəcək.