İŞİD Türkiyənin Süleyman Şah türbəsini mühasirəyə alıb
Türkiyənin sərhədlərindən kənarda olan yeganə torpağı Süleyman şah türbəsi İŞİD terror təşkilatının təhdidi altındadır. Ərəb tayfa liderlərinin verdiyi məlumata görə, dünən gecədən türbənin ətrafına 1100 terrorçu toplanıb. Türbəni qoruyan 36 türk əsgərinin əsir götürülmə təhlükəsi yaranıb. İŞİD-in özlərinə qarşı hər hansı əməliyyata qarşılıq türbəyə gedən ən kritik boğaz sayılan Cadde kəndinə nəzarət etdiyi və 420 terrorçunu bu bölgədə topladığı bildirilir.
Türbəyə hücum olduğu təqdirdə Türkiyə Silahlı Qüvvələrinin sərhəddən türbəyə keçməsi üçün bu kənddən istifadə edəcəyini düşünən İŞİD terrorçularının bölgədə əlavə hərbi qüvvələr cəmləşdirdiyi barədə xəbərlər var.
APA TV-nin xəbərinə görə, ABŞ hərbi təyyarələrinin İŞİD-in Mosuldakı mövqelərinə etdiyi hava hücumlar nəticəsində təşkiatın komandanlarından Əbu Enes öldürüldüyü bildirilir. Xəbəri İŞİD-ə qarşı təşkil olunan Nəbi Yunus Birliklərinə cavabdeh Sad Cuburi verib. Onun sözlərinə görə, Mosulun Mahmur, Hazır, Kuşafe bölgələrinə edilən hücumlarda bir neçə əmir və çoxlu sayda terrorçu öldürülüb.