Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimləri Türkiyədə keçiriləcək
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimləri Türkiyədə keçiriləcək. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən veridyi məlumata görə, bu barədə Mmdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayıkın Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşündə bildirilib.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyədə 2015-ci ilin mart ayında keçirilməsinin planlaşdırılır.
Görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar müzakirə olunub, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəli manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.
Görüşlərdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.