Qoşunların təmas xəttində növbəti monitorinq keçirilib

Qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib. APA TV-nin verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Yevgeni Şarov keçirib.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq yerinə yetirib.

Müəllif | Apa.Tv
Apa.tv