Masallıda 2 mərtəbəli evdə yanğın olub

Masallıda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da günorta saatlarında rayonun Boradigah qəsəbə sakini, 43 yaşlı Həsənağa Kazımova məxsus  ikimərtəbəli fərdi evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Muhafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısını vaxtında almaq mümkün olub. Hadisə zamanı xəsarət alan olmasa da, ümümi sahəsi 440 kv.m olan evin 1 otağı içindəki əşyalarla birlikdə 20 kv.m sahədə yanıb. Həmçinin evin dam örtüyü 20 kv.m sahədə yararsız vəziyyətə düşüb.

 

Kənd sakinlərinin sözlərinə görə, yanğın baş verərkən evdə heç kim olmayıb.

 

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma  səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.      

Müəllif | Apa.Tv