Bakıda qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunacaq

Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. İqtisadiyyat və Sənaye Nazirliyindən APA TV-yə verilən məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq. Satış yarmarkaları oktyabrın 4-5-də Bakının bütün rayonlarında bir neçə obyektdə keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv