Sumqayıtda dəhşət: sürücü və sərnişini avtomobildə yandı
Baki-Quba yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verıb. Qəzaya uğramış maşın qəflətən alışıb və sürücü avtomobildə yanaraq ölüb. Şəhərin Hacı Zeynalabdin qəsəbə ərazisində Mansur Yaqubovun idarə etdiyi "Mercedes" markalı, 50 CP 716 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb. Daha sonra avtomobil qəflətən alışıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişin Lalə Xanıyeva isə ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırlıb. Yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gediblər.
Bədəninin 90 faizi yanan 1989-cu il təvəllüdlü Lalə Xanıyevanın vəziyyəti ağırdır. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.