Azərbaycanda kütləvi qətl! Kürəkən 7 ailə üzvünü öldürdü - YENİLƏNİB
Azərbaycanda kütləvi qətl törədilib. Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Qətlə yetirilən şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.
Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.