İŞİD Türkiyə sərhədlərinə yaxınlaşır

Böyük Briyaniya hərbi hava qüvvələri "İraq Şam İslam Dövləti" terror təşkilatına qarşı əməliyyata başlayıb və İraqda İŞİD-in mövqelərinə ilk zərbələrini endirib. İngiltərə Müdafiə Nazirliyi İŞİD-ə aid iki hədəfin vurulduğunu açıqlayıb. Artıq əməliyyatın görüntüləri də yayılıb. Qeyd edək ki, Britaniya parlamenti İraqda İŞİD-ə qarşı hava zərbələrinin endirilməsinə ötən həftə razılıq verib.

 

İraqın rəsmi mənbələrinin məlumatına görə, ölkənin müxtəlif bölgələrindəki döyüşlərdə 100 İŞİD üzvü öldürülüb, 16 kənd İraq ordusunun tam nəzarətinə keçib.

 

Suriyada isə İŞİD Türkiyə sərhədlərinə yaxınlaşmaqdadır. Suriya mənbələrinin məlumatına görə, İŞİD Türkiyə sərhədindəki Kobani qəsəbəsinə çox yaxınlaşıb. Terrorçular Kobaninin 4 kilometrliyindəki Kazıkan kəndinə bayrağını sancıb. Bunun İŞİD-in indiyədək Kobaniyə doğru çatdığı ən yaxın məsafə olduğu bildirilir. İŞİD Kobaninin borbardmanını da davam etdirir. Ötən gün qəsəbənin mərkəzinə 10-dan çox top atılıb.

Müəllif | Apa.Tv
Apa.tv