Bilgəhdə ər arvadını bıçaqladı

Bakının Bilgəh qəsəbəsində ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib. Qəsəbənin Azəbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.  

 

APA TV-nin xəbərinə görə, həkim Xanım Kərimovanın vəziyyətinin ağır olduğunu bildirib. Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv