Dəhşətli ölümlə nəticələnən qız qaçırma - Sumqayıtda baş verən hadisənin təfərrüatları
Bakı-Quba yolunda “Mercedes" markalı maşında baş verən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, qəzaya uğramış avtomobilin sürücüsü Mansur Yaqubov yanaraq ölüb, maşındakı sərnişin Lalə Xanıyeva isə ağır yanıq xəsarətləri isə xəstəxanaya çatdırılıb. Hadisənin yeganə şahidi olan Lalə Xanıyeva maşından çıxarılaraq xəstəxanaya aparılarkən hərəkətdə olan maşının sürücü Mansur Yaqubov tərəfindən yandırıldığını deyib. Bunu hadisədən sonra dərhal əraziyə gələn Dövlət Yol Polisinin əməkdaşları da təsdiqləyiblər.
Məlumata görə, hadisəyə Lalə Xanıyevanın sürücü Mansur Yaqubov tərəfindən zorla qaçırılması və səbəb olub. Bəzi versiyalara görə, qaçırılmasına etiraz edən Lalə Xanıyeva maşında olan benzin şüşəsini sürücünün üzərinə tökərək od vurub. Digər bir versiyaya görə, sürücü hərəkətdə olan maşının salonuna benzin tökərək, yandırıb. Lalə Xanıyevanın sürücü tərəfindən qaçırılması versiyasını Sumqayıt Şəhər Baş Polis İdarəsindən nə təsdiq, nə təkzib ediblər. Hərəkətdə olan avtomobilin kim tərəfindən yandırılması istintaq araşdırmaları nəticəsində məlum olacaq. İdarənin istintaq şöbəsinin rəisi Zaur Quliyev APA TV-yə bildirib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlansa da, dindirmələrdən sonra toplanmış materiallar bu gün səhər saatlarında Sumqayıt prokurorluğuna göndərilib. Cinayət işi ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qalmaqla, Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma, ölümə cəhd) maddəsinə töfsih edilib. İşin icraatı və istintaq araşdırması prokurorluğun müstəntiqi K. Mansurova həvalə edilib.
Qeyd edək ki, materialda APA TV-nin öz kadrları ilə yanaşı həvəskar çəkilişdən də istifadə olunub.