BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlib

"Biz Azərbaycanla daha çox strateji əməkdaşlıq məsələləri ətrafında düşünürük". APA TV-nin xəbərinə görə, bu sözləri bu gün Bakıya səfəri başlayan BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark jurnalistlərə açıqlamasında deyib. O, BMT İnkişaf proqramının Azərbaycan müstəqillik qazındığı gündən burada fəaliyyət göstərdiyini qeyd edib: "Biz strateji tərəfdaşlıq deyəndə inkişaf sahəsində əməkdaşlığı nəzərdə tuturuq. Azərbaycancan artıq öz beynəlxalq inkişaf agentliyini yaradıb. Bu da Azərbaycana topladığı təcrübələri və bilikləri bölüşməyə imkan yaradır. Burada biz insan inkişafı, dayanıqlı inkişaf, ictimai xidmətlərin müasirləşdirilməsi kimi amilləri nəzərdə tuturuq".

 

Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində BMT-nin ölkə üzrə proqramının yenilənməsi, bununla bərabər BMT-nin Azərbaycandakı idarə heyətinin formalaşması da müzakirə edilir: "Biz Azərbaycanla bu proqramın formalaşmasına təzə qədəm qoymuşuq və bu BMT-nin ölkə üzrə proqramının da bir tərkib hissəsi olacaq. Eyni zamanda tərəflər arasında tərəfdaş çərçivə sazişinin də böyük bir hissəsi olacaq".

 

Helen Klark BMT-nin Azərbaycanla qadınların səlahiyyətləndirilməsi, hüquqlarının bərabərləşdirilməsi kimi məsələlər ətrafında uzun müddət əməkdaşlıq etdiyini və səfər çərçivəsində qadın liderlərlə də görüşəcəyini qeyd edib.

 

 

Müəllif | Apa.Tv