Azərbaycanda qurbanlıq heyvanların qiyməti açıqlandı

"Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq heyvanların kəsimi üçün Türkiyədən Azərbaycana səyyar kəsim avadanlıqları gətirilib".

 

APA TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir bildirib ki, kəsimin sanitar şəraitdə həyata keçirilməsi məqsədi ilə təyin edilmiş 8 məntəqədə çadırlar qurulacaq: "Bu il sınaq tədbirləri həyata keçiriləcək. Növbəti ildən isə bu işlər geniş şəkildə tətbiq olunacaq. Kəsim sistemini təkmilləşdirmək üçün ölkə daxilində irimiqyaslı kəsim məntəqələrinin tikintisinə başlanıb”.

 

Kəsim məntəqələrində xidmətin ödənişinə gəlincə nazir bildirib ki, bu, sahibkarla alıcı alasında olan razılıq əsasında həyata keçiriləcək: "Bu avadanlıqlar lizinq yolu ilə ölkəyə gətirilir. İlkin olaraq, qurbanlıq qoyunların kəsimində istifadə ediləcək. Bu zaman həmin məntəqə sahibi ilə müştəri arasında ya pulsuz və yaxud da ödənişli əsaslarla həyata keçiriləcək. Lakin biz çalışacağıq ki, qiymətlər aşağı olsun".  

 

Nazir onu da bildirib ki, Qurban bayramında heyvanların ucuz qiymətə alınması üçün bütün zəruri tədbirlər görülüb. Xırdabuynuzlu heyvanların satış qiymətləri 90-95 manat və daha ucuz olacaq.

 

Müəllif | Apa.Tv