Zakir Həsənov: "Təlimləri yüksək qiymətləndirirəm"

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə izləyib.

 

APA TV-nin xəbərinə görə, "MiQ-29" və "F-16" qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəli manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları icra edib.

 

Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən "MiQ-29" təyyarələrinə "F-16" qırıcıları havadan dəstək verib.

 

Təlimlərin gedişindən razı qalan müdafiə naziri Zakir Həsənov təlimlərin Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident  İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib: "Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm da Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi bu ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik".

 

Qeyd edəkl ki, Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

 

Müəllif | Apa.Tv