Bakı metrosunda bomba həyəcanı
Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. APA TV-nin məlumatına görə, dərhal hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Eyni zamanda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub.
Axtarış zamanı metroda qatarların hərəkətinə hər hansı bir məhdudiyyət qoyulmayıb. Həmçinin metro stansiyanın giriş və çıxışı bağlanmayıb.
Təxminən 1 saata yaxın metro stansiyada axtarış aparan polis əməkdaşları heş bir şübhəli əşyaya rast gəlməyiblər.