Qobustanda zəncirvari qəza: 1 ölü, 8 yaralı
Qobustanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə oktyabrın 1-də axşam saatlarında Bakı- Şamaxı-Yevlax yolunun 83-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
APA TV-nin xəbərinə görə, sərnişin daşıyan “Ford” markalı mikroavtobus, "VAZ 2107" və "VAZ 21099" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölən şəxs VAZ 2107 markalı minik avtomobilinin sürücüsü, Qobustan rayon sakini 25 yaşlı Hünər Mehrəliyevdir. Xəsarət alanlar isə 26 yaşlı Səməndar Rəbiyev , 22 yaşlı Bəhrəm Dəmirov, 41 yaşlı Nailə Məmmədova, 20 yaşlı Südabə Əliyeva, 50 yaşlı Arzu Abdullayeva, 56 yaşlı Rafiq Adigözəlov, 23 yaşlı Zeyvur Ağamaliyeva və 25 yaşlı Nəriman Məmmədovdur. Onlar Qobustan mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Hadisənin başvermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.