"Qarabağ" növbəti oyununa çıxır: rəqib "İnter"dir

Oktyabrın 2-də Avropa Liqasında II turun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qitənin ikinci dərəcəli klub turnirində növbəti matçını keçirəcək. İlk turda dogma azrkeşləri önündə “Sent-Etyen”lə qolsuz bərabərliyə qalan Azərbaycan çempionu qrupda ilk səfər sınağına çıxacaq. Qurban Qurbanovun yetirmələri məşhur “Cüzeppe Meattsa” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. Ağdam təçsilçisi A seriyasının son turunda “Kalyari”yə 1:4 hesabı ilə uduzan milanlılardan ən azı 1 xal almaq niyyətindədir. Milan şəhərində reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək.

Paytaxt sakinləri "Qarabağ"ın oyununu həvəslə gözlədiklərini və qalib gələcəyinə ümid etdiklərini deyirlər.

"İstəyərəm, "Qarabağ" qalib olsun".

 

"Kimin qalib olacağını hələlik bilmirəm. "İnter" əvvəlki kimi güclü deyil. Futbolu evdə izləyəcəyəm".

"Heç-heçə ola bilər. Hər halda rəqib "İnter"dir - İtaliya nəhəngi". "İnanırıq ki, yəqin ki Qarabağda ən azından heç-heçəylə qayıdar".

 

APA TV-nin xəbərinə görə, "F" qrupunda digər oyunda “Sent-Etyen” evində “Dnepr”i qonaq edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova