Gəncədə avtomobil hasara çırpılıb, 3 nəfər yaralanıb
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, gecə saatlarında Gəncə şəhər sakini 34 yaşlı Anar Rəhimov “Kia optima” markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və səkini aşaraq hasara çırpılıb. Qəza zamanı sürücü və sərnişinlər - 35 yaşlı Etibar Məmmədov, həmyaşıdı Rövşən Həsənov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasını travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində yaralıların həyatı təhlükəsi aradan qaldırılıb. Ağır vəziyyətdə olan Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərini sözlərinə görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəb olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.