Hava buludlu və yağışlı olacaq
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi günün birinci yarısında qısa müddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Şimal qərb küləyi əsəcək. Ayın 2-dən 3-nə keçən gecə arabir güclənəck. Gecə 13-15, gündüz 15-19 dərəcə isti proqnozlaşdırılır. Rayonlarda da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran Astara zonasında intensivləşəcəyi ehtimal var, qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda 1-6, gündüz 6-10 dərəcə isti gözlənilir.