Qəbələdə “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçirilir

Qəbələdə “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. APA TV-nin məlumatına görə, Heydər Əliyev Konqres Mərkəzində keçirilən foruma Azərbaycan hökumətinin və Avropa Şurasının nümayəndələri qatılıb. Oktyabrın 5-dək davam edəcək Forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir.


Foruma Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə qatılıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, istər insanlar, istər dövlətlər arasında ünsiyyət olsun işlədilən ifadələr, nitqdə ünsiyyət çox aktualdır: “Düşünürəm ki, burda iştirak edən gənclər onu müzakirə edəcəklər ki, cəmiyyətdə nifrət hisslərini aradan qaldırmaq olur”.

Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. “Nifrət Nitqinə Yox” kampaniyasının rəhbəri Rui Qomeş gənclər sahəsində keçirilən beynəlxalq layihələrə gənclərin münasibətlərinin vacibliyini göstərmək lazımdır: “Həm də müharibə şəraitində yaşayan gənclər arasında, sülhü təbliğ etməkdir. Bu tədbirə Ermənistan nümayəndə heyəti də dəvət alıb. Əsas məqsədimiz gənc nəslin sülhün həll olunmasında iştirakını təmin etməkdir”.

Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement”-“Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov